Haqqımda



Salam, adım Frensidir. Scrapbooking ilə peşəkar məşğul oluram.Bu sahəni seçməmə səbəb maddi mənəvi dəyərlərin digital texnologiya tərəfindən azaldıldığını düşünməmdir. İllər öncə insanlar xoş anlarını albomlarla qoruyub saxlaya bilirdilər. Mənəvi dəyəri yüksək olan xatirələrimiz albomlarla süsləndiyi zaman onların illər keçsə belə istifadə edərkən eyni hissləri yaşatdığını hərkəs bilir. Həvəskar olaraq başladığım bu sahəyə marağın artması məni çox sevindirdi və insanların marağı mənim bu sahə ilə ciddi məşğul olmağım üçün yətərli həvəsi yaratdı. Daha da çeşidli, daha geniş sahəni əhatə edən əl işləri hazırlamağa başladım. Albomlardan yola çıxaraq başladığım bu sahədə artıq insanların xatirələrini müxtəlif əl işləri ilə də ölümsüzləşdirməyə çalışıram =)