Albom və fotoların ölçüləri

  18 Oktyabr 2017



Salam! İlk postu çox soruşulan bir mövzü haqqında yazmaq istədim, foto albomların və fotoların ölçüsü.
Albom seçərkən bir neçə xırdalığa fikir verməyiniz məsləhətdir, birinci albomu müəyyən fotolara görə alırsınız yoxsa fotoları sonradan çap edəcəksiniz. İkinci halda heç bir problem yaşamayacaqsız, sadəcə fotoları albomun ölçüsünə uygun çap edəcəksiniz.
Yox əgər fotolarınız hazırdısa, bu postun davamı sizin üçündür:)
İlk öncə foto laboratoriyalarda çap edə biləcəyiniz formatlardan danışım, ən məhşur ölçülər 10×15 sm və 15×20 sm-dir. Amma bundan əlavə kiçik ölçülü 9×13 və daha çox toy şəkillərində istifadə olunan 13×18 sm-lik ölçülər də var, bundan əlavə son illər yenidən maraq qazanan Polaroid format və əlbəttə 10×10 sm olan İnsta fotolar da var.
İndi isə gələk albomlara, daha çox 4 ölçüdə sifariş olunur:
1.Kiçik ölçülü, Polaroid və İnsta fotolar üçün 15×15 sm albom

2.Yuxarıda yazdığım ölçülərdən əlavə 10×15 sm və 13×18 sm formatda foto yerləşdirə biləcəyiniz 15×20 sm ölçülü albom


3.Daha çox sayda foto yerləşdirə biləcəyiniz 21×21 sm albom

4.Və ən iri ölçülü fotolar üçün nəzərdə tutulmuş 21×28 sm albom

Yuxarıdakı şəkildə 15×21 sm və 21×28 sm albomların müqayisəsi göstərilmişdir.
Ümid edirəm bu post sizə seçim etməkdə biraz da olsa kömək olacaq və suallarınıza aydınlıq gətirəcək:)